“Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

“Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

Hazırda oxunan: “Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

181182

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın "Bayer" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib.

Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO