Azərbaycan və Pakistan nümayəndələrinin işçi görüşü keçirilib - FOTO

Azərbaycan və Pakistan nümayəndələrinin işçi görüşü keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycan və Pakistan nümayəndələrinin işçi görüşü keçirilib - FOTO

181073

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO