Qusar Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktordan AÇIQLAMA - VİDEO

Qusar Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktordan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Qusar Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktordan AÇIQLAMA - VİDEO

180310

TƏBiB -in İdarə Heyətinin sədri Vüqar Qurbanovun Qusar Rayon Mərkəzi Xəstəxanasına son təyinatı rayon sakinlərinin yaxşı mənada marağına səbəb olub. Ötən gün TƏBİB-in nümayəndələrinin iştirakı ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının kollektivinə təqdim olunan Kamil Hacıyev ilk açıqlamasını Bizim.Media-ya verib.

Qusar Mərkəzi Xəstəxanasının bölgədə ən geniş, təmiz və modern xəstəxana olduğunu deyən Kamil Hacıyev buranı  həm kliniki, həm də müalicə baxımından yüksək tibb müəssisəsinə çevirəcəyinə çalışacağını bildirib.

Qusarın yeni baş direktoru xəstəxananın tibb personalının savadlı mütəxəssislər olduğunu və onlarla əl-ələ verib  birgə çox böyük işlər görəcəklərini deyib. O,  Qusarın həm də həssas bölgə olduğundan da danışıb:

"Burada təkcə Azərbaycan vətəndaşları yaşamır, turistik  bölgə olduğu üçün əcnəbi vətəndaşlar da xəstəxayana müraciət edir. Onlarla bağlı bəzən xoşagəlməz hallar baş verir, avtomobil qəzası, yıxılma və  s.. Çalışacağıq ki, vətəndaşlara çox yüksək tibbi xidmət göstərək. 

Qusar Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı məsələsinə toxunan Kamil Hacıyev gələcəkdə gənc kadrların da tibb müəssisəsinə cəlb olunacağını söyləyib:

“Özüm araşdırmışam, bütün ixtisaslar üzrə həkimlərimiz var. Amma həkim sayının artırılması vacibdir. Gənc kadrları, uzman həkimləri bura cəlb etmək istəyirik".

Baş direktor onu da əlavə edib ki, əsas məqsəd rayon sakinlərinin mərkəzi xəstəxananın bütün xidmətlərindən rahat istifadə etmələridir:

“Yaxın vaxtlarda Qusar xəstəxanasında bütün xəstəliklərin müalicəsi və ən ağır cərrahi əməliyyatların aparılması planlaşdırılır”- deyə yeni direktor vurğulayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, yəni fevral ayının 23-də xitam verilib. Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə mərkəzinin müdiri Kamil Hacıyev təyinat alıb. 
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO