“Qazel” və

“Qazel” və "KİA" teplovozla toqquşdu – FOTO 

Hazırda oxunan: “Qazel” və "KİA" teplovozla toqquşdu – FOTO 

179233

Bu gün Azərbaycanın dəmir yollarında sürücülərin diqqətsizliyinin nəticəsi olaraq 2 qəza baş verib. 

Bizim.Media bu barədə "Azərbaycan Dəmir Yolları "QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.

Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub. 

Hər iki hadisə nəticəsində xəsarət alan olmayıb. 

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır. 
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO