Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Ordu generalı Valeri Qerasimov Ermənistan Baş Qərargah rəisi Artak Davtyan ilə danışıqlar aparıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Solovyov sindromu” və erməni xislətinin ORTAQ CƏHƏTİ – Rus jurnalistlərin daşnak sevdasına SƏBƏB
"Sizi Moskvada görməyə şadam. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi və tərəfdaşıdır”. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi danışıqların əvvəlində belə deyib.
Qerasimov hər iki ölkənin qarşılıqlı əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq strukturlarda, ilk növbədə KTMT çərçivəsində gücləndirildiyini qeyd edib:
“Bunun göstəricisi Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir”.
"Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri hər il Rusiya Müdafiə Nazirliyinin genişmiqyaslı tədbirlərində iştirak edirlər və nümayəndə heyətləri həmişə yüksək səviyyədə təmsil olunurlar" deyə Qerasimov vurğulayıb.
"Bu gün müdafiə sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmək imkanımız var". Qerasimov fikirlərini belə yekunlaşdırıb.
Bizim.Media