Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verildi

Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verildi

Hazırda oxunan: Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verildi

178860

Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.

Nazir bildirib ki, dekabrın 31-nə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib:

“Dəstək proqramı çərçivəsində dekabrın 31-dək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib”.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO