ABŞ Prezidenti Co Bayden başa düşür ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadan çıxarılması Ukraynaya hərbi yardımın zəifləməsinin nəticəsidir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Bayden Ukraynada cəbhədə baş verənlərin bütün təfərrüatlarını bilir.
O, etiraf edir ki, Ukraynaya silah yardımının zəifləməsinin nəticəsi Avdeyevka ilə bağlı baş verənlərdir. Biz öz hərbçilərimizin həyatını xilas etmək istəyirik. Bu barədə danışdıq və mən şadam ki, bunu bərabər şəkildə başa düşürük. Amma biz hər şeyi geri qaytaracağıq, bundan əl çəkməyəcəyik”, - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski qoşunların Avdeyevkadan çıxarılması barədə qərar qəbul edib. Bu addım, Ukrayna qoşunlarının mühasirəyə düşməməsi üçün atılıb.
Qeyd edək ki, fevralın 17-da Zelenski və Bayden arasında telefon danışığı olub. Zelenski cəbhədə son vəziyyət barədə ABŞ Prezidentini məlumatlandırıb.
Bizim.Media