Əhməd Rusiyada ali təhsil alıbmış

Əhməd Rusiyada ali təhsil alıbmış

Hazırda oxunan: Əhməd Rusiyada ali təhsil alıbmış

178431

Üç gün əvvəl ikisi uşaq olmaqla 5 nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov haqda daha bir maraqlı məqam ortaya çıxıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi


Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçib. 

Xatırladaq ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO