44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən və ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bununla da Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınmış yüz minlərlə insanın ən böyük arzuları həyata keçmiş oldu. Xocalı rayonunun Quşçular kənd sakini Sahib Musayev də 32 ildir doğulub boya-başa çatdığı kəndinin, ata ocağının, evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib.
Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra ata yurduna baş çəkən Sahib Musayevlə söhbət edib, sevincinə şərik olub.
Sahib Musayev bildirib ki, ömrünün ən xoş günləri doğma kəndində keçib. O, qarşıdakı evi göstərərək deyib:
“Bura ev ata evimdir. Mən burada doğulub boya-başa çatmışam, ailə qurmuşam. Firavan həyat sürmüşük. Ailədə beş uşaq olmuşuq. Həyətimizdə qoz, ərik, gilənar, alma, armud ağacları var idi. Əfsuslar olsun ki, 1992-ci ilin fevralın 11-də erməni silahlı birləşmələri kəndimizə hücum edəndə son gücümüzə qədər mübarizə aparsaq da, yurdumuzu tərk etməli olduq”.
Quşçular kənd sakini illərdir həsrətində olduğu torpağa ayaq basarkən kövrəldiyini, həm kədər, həm də sevinc hissləri keçirdiyini deyib.
“Şükürlər olsun ki, 32 ildən sonra öz yurdumuza ayaq basırıq, məzarlığımızı ziyarət edirik. Buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və ordumuza minnətdarlığımı bildirirəm. İnşallah, doğma torpağımıza qayıdarıq, mənfur düşmənin xaraba qoyduğu yurdu abadlaşdırıb, gözəlləşdirib gələcək nəsillərə ərmağan edərik. Övladlarımız, nəvələrimiz də ata-baba yurdlarında xoşbəxt ömür sürərlər”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 14.02.2024
Xocalı sakini 32 ildən sonra ata yurdunda - FOTO
Hazırda oxunan: Xocalı sakini 32 ildən sonra ata yurdunda - FOTO
Hazırda oxunan: Xocalı sakini 32 ildən sonra ata yurdunda - FOTO
178122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.