Yol polisi qərb rayonlarında reyd keçirdi - AZƏRBAYCANDA - FOTOLAR

Yol polisi qərb rayonlarında reyd keçirdi - AZƏRBAYCANDA - FOTOLAR

Hazırda oxunan: Yol polisi qərb rayonlarında reyd keçirdi - AZƏRBAYCANDA - FOTOLAR

17801

Qərb rayonlarında yol polisi reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. 

Reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Görülən tədbirlər nəticəsində 20-yə yaxın sürücü məsuliyyətə cəlb edilib.

Ağstafa da polis əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də məlum olub.

Görülən qanunamüvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib. 15-dən çox inzibati xəta aşkarlanan reydlər bundan sonra da davam etdiriləcək.

Tovuz rayonunda da oxşar tədbirlər davam etdirilir. Yol hərəkəti qaydalarına riayət edilməsi məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Əsasən dayanma-durma, piyada keçidlərindən istifadə, piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları bu və digər qayda pozuntularını aşkar etdikdə qanunamüvafiq tədbirlər görürlər. 

Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində həm piyadalara həm də sürücülərə gün ərzində ümumilikdə 20-dən çox inzibati protokol tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO