Hərbi Qənimətlər Parkındakı erməni hərbçilərinin maketinin müəllifi -  VİDEO 

Hərbi Qənimətlər Parkındakı erməni hərbçilərinin maketinin müəllifi -  VİDEO 

Hazırda oxunan: Hərbi Qənimətlər Parkındakı erməni hərbçilərinin maketinin müəllifi -  VİDEO 

17787

Ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında sərgilənən xüsusi təyinatlı qüvvələrimizin, eləcə də erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb.

Bəzən  bir maketin üzərində saatlarla fasiləsiz çalışıb. Gərgin iş qrafiki və bu əməyin nəticəsində ərsəyə gələn əl işləri barədə heykəltəraş "Xəzər Xəbər"ə danışıb.

Bildirib ki, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə 30-yaxın maketlərin üzərində işləyib.

Rəşid Məhərrəmov onları hazırlamazdan öncə ermənilərə xas olan xüsusiyyətlər haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.

Rəşid Məhərrəmov sosial şəbəkələrdə erməni hərbçilərin maketlərinin hazırlanmasına etiraz edən bəzi istifadəçilərə də cavab verib.

O bildirib ki, dünyanın əksər ölkələrində bu cür parklarda muzeylər salınır.

Qeyd edək ki, Rəşid Məhərrəmov budan öncə də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlamışdı.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO