“İstanbulun Küçükçəkməcə rayonunda silahlı hücum nəticəsində başından ağır yaralanan vətəndaşımız təcili müdaxilə və reanimasiyadan sonra beyin əməliyyatına alınıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca rəsmi “X” hesabındakı paylaşımda qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə bələdiyyə sədrliyinə namizədə silahlı HÜCUM OLUB - VİDEO
Nazir bildirib ki, əməliyyat hələ də davam edir: “Ona tezliklə sağalmağı arzu edirəm”.
Qeyd edək ki, bu gün Türkiyədə AK Partiya Küçükçəkməcə bələdiyyə sədrliyinə namizəd Əziz Yeniayın seçki kampaniyası zamanı silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bizim.Media