"Mavi vərəqənin tətbiqi futbolu məhv edəcək" - Baş məşqçi

Hazırda oxunan: "Mavi vərəqənin tətbiqi futbolu məhv edəcək" - Baş məşqçi

177554

"Tottenhem"in baş məşqçisi Anxelos Pöstekoğlu futbolda tezliklə mavi vərəqənin tətbiq olunacağı haqda yayılan məlumatlara münasibət bildirib.

Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, mövcud məlumata əsasən, oyunçular qəsdən qayda pozuntusuna yol verərsə və ya matçın rəsmisi ilə razılaşmadıqda onlara mavi vərəqə veriləcək.

Bununla da oyunçu 10 dəqiqəlik meydandan kənarlaşdırılacaq. 

Pösketoğlu isə deyib: “Komandalardan biri 10 nəfər ilə on dəqiqə oynasa, futbolun necə olacağını bilirsinizmi? O, məhv olacaq!

Bu halda komandalar sadəcə olaraq öz oyunçusunun meydançaya qayıtmasını gözləyərək oyun vaxtını itirməyə çalışacaqlar. Fərqli bir rəngdə karta ehtiyac yoxdur. Bir həll yolu var: sarı vərəqə göstər və ya oyunçunu dərhal meydandan kənarlaşdır. Bütün bunlar artıq qaydalarda var". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO