Rusiya XİN: “Qərb dövlətləri Azərbaycandakı prezident seçkilərinə son dərəcə qərəzli yanaşıb

Rusiya XİN: “Qərb dövlətləri Azərbaycandakı prezident seçkilərinə son dərəcə qərəzli yanaşıb"

Hazırda oxunan: Rusiya XİN: “Qərb dövlətləri Azərbaycandakı prezident seçkilərinə son dərəcə qərəzli yanaşıb"

177451

“Qərb dövlətləri və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünür. Belə ki, onlar əvvəlcədən Azərbaycanda keçirilən prezident seçkilərinə son dərəcə qərəzli yanaşır və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsulları tətbiq edirdilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı bəyanatında qeyd edilib.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işin, o cümlədən üçtərəfli sazişlərin bütün kompleksinin ən yüksək səviyyədə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması səviyyəsində həyata keçirilməsinə sadiqdir”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO