Flora Kərimova: “İlhamə Quliyeva heç sağkən də öhdəmdən gələ bilmirdi” – VİDEO 

Flora Kərimova: “İlhamə Quliyeva heç sağkən də öhdəmdən gələ bilmirdi” – VİDEO 

Hazırda oxunan: Flora Kərimova: “İlhamə Quliyeva heç sağkən də öhdəmdən gələ bilmirdi” – VİDEO 

177394

“İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamə Quliyevadan çox çəkmişəm. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasıyca danışmazlar. Mən hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti, Şərəf ordenli Flora Kərimova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

83 yaşlı sənətkar onunla illərlə ədavət aparan mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb. Kərimova bildirib ki, Quliyeva heç sağlığında da onunla bacara bilməyib: 

“Mənim qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovurdu. Mən bu məqamları heç yadımdan çıxara bilərəm? Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Mən bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənni və gözəl səsə malik idi. O oxuyanda yanğılı oxuyurdu.

Ancaq onun xasiyyəti... İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki... Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda “partladım”. Olmaz belə... Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur.
Bizi bir-birimizdən ayıran isə ömür boyu qazandığı nüfuzudur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilliant olsun, amma səni bu millət qəbul etməyəcək. Mən axı, sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin və üzərimə hansı sözlər “yapışdırdın”... Dözdüm, dözdüm... Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə... Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO