Müğənni Yeganə Mürsəlova həmkarı Nazənin Salayevadan borc pul adığını etiraf edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Yeganə bildirib ki, daşınmaz əmlak alan zaman sənədləşmə işləri ilə əlaqədar Nazənindən 3000 manat borc pul alıb:
“Dedim ki, 20 günə sizə 3000 manatı qaytaracağam. Amma bir həftənin tamamında həmin pulu Nazənin xanıma geri qaytardım. O da təəccüblənib dedi ki, srağagün aparmışdın, niyə belə tələsirdin? Cavab verdim ki, pul varsa, qaytarmalıyam. Olub ki, həmkarlarım məndən borca pul istəyib, vermişəm, amma geri qaytarmaqlarını istəməmişəm. Həmin şəxsin adını açıqlaya bilmərəm”.
Rəşad Əliyev, Bizim.Media