Tərtərdə meşə zolağında YANĞIN – VİDEO  

Tərtərdə meşə zolağında YANĞIN – VİDEO  

Hazırda oxunan: Tərtərdə meşə zolağında YANĞIN – VİDEO  

177342

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində 0.8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO