"Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.
“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.
Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktik əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək” - Zelenski qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:30 / 08.02.2024
Zelenski İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Zelenski İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Zelenski İlham Əliyevi TƏBRİK ETDİ
177215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.