Zaqatalada vətəndaşlardan 3 “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Zaqatalada vətəndaşlardan 3 “Kalaşnikov” avtomatı götürüldü - FOTO

Hazırda oxunan: Zaqatalada vətəndaşlardan 3 “Kalaşnikov” avtomatı götürüldü - FOTO

176034

Zaqatalada qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb. 

Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO