“Qəbələ”də türkiyəli məşqçi

“Qəbələ”də türkiyəli məşqçi

Hazırda oxunan: “Qəbələ”də türkiyəli məşqçi

175998

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib. 

Bizim.Media xəbər verir ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO