Qurban Qurbanov dünya reytinqində İRƏLİLƏDİ 

Qurban Qurbanov dünya reytinqində İRƏLİLƏDİ 

Hazırda oxunan: Qurban Qurbanov dünya reytinqində İRƏLİLƏDİ 

175348

Dünyanın ən yaxşı baş məşqçilərinin 2024-cü il üçün ilk reytinq siyahısı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə dünya futbolunun 500 ən güclü çalışdırıcısı yer alıb.

Azərbaycan Premyer Liqası siyahıda iki mütəxəssislə təmsil olunub. Cədvəldəki yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1594 xalla dünyanın 195-cidir.

52 yaşlı mütəxəssis son siyahı ilə müqayisədə üç pillə irəliləyib. Onun xal hesabı isə dəyişməz qalıb.
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də 3 pillə irəliləyib. Monteneqrolu mütəxəssis 1630 xalla 160-cı sıradadır.

Qeyd edək ki, cədvələ 2193 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO