Azərbaycanda 7 fevralda keçiriləcək Prezident seçkiləri, seçki öncəsi durum və namizədlərin şansları xarici KİV-lərin də diqqət mərkəzindədir. Qardaş Türkiyənin nüfuzlu “Haberler.com”, “Haber7.com”, “Sondakika.com” İnformasiya portalları mövzu ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının açıqlamasını dərc edib.
Bizim.Media “editor.az”a istinadən xəbər verir ki, F.Şahbazlı Türkiyə mediasına müsahibəsində qeyd edib ki, 7 fevralda Azərbaycanda baş tutacaq Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində suverenliyini tam bərpa etdikdən sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir.
O bildirib ki, son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş suveren bir dövlətin vətəndaşı kimi səs verəcək. F.Şahbazlı qeyd edib ki, bu baxımdan seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin təmin edilməsi, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.
Onun sözlərinə görə, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur.
F.Şahbazlı bildirib ki, seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var:
“Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərdə hazırki iqtidarın namizədi ilə yanaşı, müxalifət partiyalarını təmsil edən və bitərəf namizədlər mübarizə aparır. Bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər.
Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.
Baş redaktor Türkiyə mediasına açıqlamasında deyib ki, indiyədək keçirilən bütün seçkilərdə namizədlərin platformasında əsas istiqamət ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlər olub.
“Lakin artıq ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub. Bu reallığı yaradan isə ölkənin Prezidenti İlham Əliyevdir. Yalnız bu fakt onu seçkinin favoriti etməyə kifayət edir.
Digər tərəfdən isə düşünürəm ki, İlham Əliyevin Prezident seçilməsi yalnız Azərbaycan xalqı və dövləti üçün vacib deyil. Bu həm də Türk dünyası ölkələrinin inteqrasiyasına, türk dövlətləri arasında əməkdaşlığın inkişafına prinspial və ardıcıl dəstək verən bir lider kimi həm də bütün Türk dünyası üçün çox əhəmiyyətlidir” - deyə Fərid Şahbazlı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:17 / 25.01.2024
Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: “İlham Əliyevin Prezident seçilməsi…” - FOTO
Hazırda oxunan: Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: “İlham Əliyevin Prezident seçilməsi…” - FOTO
Hazırda oxunan: Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: “İlham Əliyevin Prezident seçilməsi…” - FOTO
175062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.