“Ölkəmizin siyasi xəttini İlham Əliyev müəyyənləşdirir” - Erməni politoloq 

“Ölkəmizin siyasi xəttini İlham Əliyev müəyyənləşdirir” - Erməni politoloq 

Hazırda oxunan: “Ölkəmizin siyasi xəttini İlham Əliyev müəyyənləşdirir” - Erməni politoloq 

175057

“İlham Əliyevin açıqlamaları, eləcə də son bəyanatı yeni deyil. Onların öz xətti var və ona sadiq qalırlar. Yəni İlham Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, bu açıqlamalarda heç bir ziddiyyət yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Arqişti Kiviryan deyib.

“Digər sual ondan ibarətdir ki, Nikol Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Baxın, çoxdan deyirlər ki, razılaşma var, məqamlar təqdim olunub, getdik, imzalayırıq. Amma o vaxt Azərbaycan tərəfi susdu. Bundan sonra İlham Əliyev bir daha izah etdi ki, heç nə qərarlaşdırılmayıb. Əsl xəbər onun dedikləridir.
Sadəcə olaraq, 2020-ci il müharibəsindən sonra bizdə belə bir ənənə formalaşıb ki, Ermənistanın həm xarici, həm də daxili siyasi xəttini İlham Əliyev müəyyənləşdirir. Azərbaycan tərəfi Ermənistanda siyasi qərar qəbul edən tərəfə çevrilib”, - deyə politoloq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO