Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib

Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib

Hazırda oxunan: Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib

174978

Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib.

Bizim.Media xəbər verir ki, hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır.

O, ADA Universitetində Beynəlxalq tədqiqatlar üzrə bakalavr təhsili alıb. Daha sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik mübadilə proqramında iştirak edib.

Təhsil aldığı müddət ərzində iqlim dəyişikliyi, davamlı inkişaf, bərpaolunan enerji resursları, gənclər, gender və iqlimə davamlılıq kimi bir sıra mövzuda araşdırmalara və analitik təhlillərə rəhbərlik edib.
O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sistem Heyətləri Kollecini və təşkilatın Fəlakət Riskinin Azaldılması məktəbini (kursunu) uğurla bitirib. Orada təhsil alarkən “Düşüncə Liderlik Kursu – Fəlakət Riskinin Azaldılması və İqlim Dəyişikliyinə Adaptasiya olmağın Sinerjiləşdirilməsi (birləşdirilməsi)”, “Gənclik, Sülh və Təhlükəsizlik” və "Digital4Sustainability Learning Path” kimi kurslarda iştirak edib.

Leyla Həsənova əvvəllər İnkişaf və Diplomatiya İnstitutunda Proqram koordinatoru vəzifəsində çalışıb.

O, burada korporativ sektorlar və dövlət qurumları üçün rəhbər təhsil proqramlarının idarə edilməsinə cavabdeh olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO