“Qırmızı kitab”a düşmüş quşu satan şəxs CƏZALANDIRILDI

“Qırmızı kitab”a düşmüş quşu satan şəxs CƏZALANDIRILDI

Hazırda oxunan: “Qırmızı kitab”a düşmüş quşu satan şəxs CƏZALANDIRILDI

174950

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Bizim.Media xəbər verir ki, yanvarın 24-də Hacıqabul rayonu ərazisində keçirilən belə tədbir zamanı Padar qəsəbəsində yaşayan Asif Emnalıyevin adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz olaraq tutub həyətində saxlaması və satışı ilə məşğul olması müəyyən edilib.

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO