Günəş şüaları Covid-19-dan qoruyur

Günəş şüaları Covid-19-dan qoruyur

Hazırda oxunan: Günəş şüaları Covid-19-dan qoruyur

17480

Böyük Britaniyalı alimlərin araşdırmalarına əsasən, günəş şüaları koronavirusdan qoruma gücünə malikdir.

Bizim.Media bildirir ki, Edinburq Universitetinin alimləri günəş işığının çox olduğu bölgələrdə virusdan vəfat edənlərin sayının daha az olduğunu açıqlayıblar.

“British Journal of Dermatology” də yayımlanan başqa bir məqalədə isə günəşin Yer kürəsinə ötürdüyü ultra bənövşəyi şüaların Covid-19-u məhv etdiyi qeyd edilib.

Amerika Birləşmiş Ştatlarının 2 min 474 bölgəsində aparılan araşdırmalar zamanı ultra bənövşəyi şüalarının 95%-ni təşkil edən UVA işığının yüksək olduğu ərzilərdə virusdan çox az sayda insanın vəfat etdiyi bildirilib.

“Daily Mail” nəşrində yer alan başqa bir məlumatda dünya alimləri yay aylarında virusun tamamilə məhv olacağını açıqlayıblar. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO