Nigar Şabanova:

Nigar Şabanova: "Qızıma o travmanı yaşada bilməzdim" - VİDEO

Hazırda oxunan: Nigar Şabanova: "Qızıma o travmanı yaşada bilməzdim" - VİDEO

174458

"Qızım Nəfsəni gerçəkləri bilə-bilə böyüdürəm. Ona gələcəkdə travma yaşatmaq istəmirəm. O gerçək valideynlərinə, atasına ata, anasına ana deyir. Mənə də ana deyir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Qardaşının qızını körpə yaşlarından övladlığa götürən Nigar bildirib ki, bacısı oğlunu 14 yaşına kimi öz evində böyüdüb:

"Mən övladlığa götürdüyüm qızımın gerçək valideynlərinin kimliyini gizlədərək travma yaşatmaq istəmirəm. Birinci onu, sonra da özümü fikirləşmişəm. Mən bu yükün altından qalxa bilməzdim. Mən onsuz da onlar üçün yaşayıram. İstəyirəm ki, elədiklərim onların halal xoşları olsun. Bacımın oğlunu 14 yaşına kimi mən böyütmüşəm. Min dəfə halal xoşu olsun. O, bir həftə əvvəl əşyalarını toplayıb yanımdan getdi valideynlərinin evinə yaşamağa. Böyütdüm onu sağ-salamat. Darıxıram... Artıq ona çox öyrəşmişəm. Evin içində olurdu. Biz çox mehriban ailəyik".
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO