Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.
Bizim.Media-nın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü Fərhadov İslam və 1998-ci il təvəllüdlü Yağnəliyev Vahid hadisə yerində ölüblər.
İki nəfər -Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Bayramov Loğman Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Əliyev Habil Abasağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
![](http://ssl.bizim.media/file/articles/2024/01/17/1705483815_photo_5276327251547379974_x.jpg)
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu