Partlayış olan sexin 2750 kvadratmetr sahəsi DAĞILIB 

Partlayış olan sexin 2750 kvadratmetr sahəsi DAĞILIB 

Hazırda oxunan: Partlayış olan sexin 2750 kvadratmetr sahəsi DAĞILIB 

173509

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mebel sexində PARTLAYIŞ: Əraziyə 15 təcili yardım briqadası CƏLB OLUNDU - FOTO/VİDEO 


O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı məlumat daxil olub. Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb: 

"Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO