Namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü AÇIQLANDI – SİYAHI

Namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü AÇIQLANDI – SİYAHI

Hazırda oxunan: Namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü AÇIQLANDI – SİYAHI

173497

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü müəyyən olunub.

Bizim.Media xəbər verir ki, efir vaxtının bölgüsü Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında püşkatma nəticəsində məlum olub.

Püşkatmanın nəticələrinə görə, çıxış edəcək şəxslər və onların səlahiyyətli nümayəndələri aşağıdakı kimi sıralanıb:

1. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev

Qeyd edək ki, İctimai televiziyanın efirində təşviqat proqramı bu gün saat 21:00-da start götürəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO