15 yaşlı qızın köməyinə getməyən təcili yardım əməkdaşları CƏZALANDIRILDI 

15 yaşlı qızın köməyinə getməyən təcili yardım əməkdaşları CƏZALANDIRILDI 

Hazırda oxunan: 15 yaşlı qızın köməyinə getməyən təcili yardım əməkdaşları CƏZALANDIRILDI 

172907

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

Araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbəhi növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb. Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib. 

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO