Şəhidin qızı dünyaya gəldi – FOTO 

Şəhidin qızı dünyaya gəldi – FOTO 

Hazırda oxunan: Şəhidin qızı dünyaya gəldi – FOTO 

172761

Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Şikar Hüseynovun övladı dünyaya gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb. 

Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilib. 

Şəhid övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.  

Qeyd edək ki, Hüseynov Şikar Hüseyn oğlu 1995-ci  il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ş. Hüseynov Çeşməli kənd qəbiristanlığında dəfn edilib. 
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO