Şimal-Qərb bölgəsinə də qar YAĞDI - VİDEO

Şimal-Qərb bölgəsinə də qar YAĞDI - VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə də qar YAĞDI - VİDEO

172727

Şimal-Qərb bölgəsində üç həftəlik quraqlıq yağışlarla əvəzlənib. Gecə saatlarından başlayaraq bölgənin əksər ərazilərində hava kəskin dəyişib, əsasən yağışlı hava şəraiti müşahidə olunur. Temperatur əvvəlki günlərə nisbətən 10-12 dərəcə enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgə rayonlarında 15-17 dərəcə arasında istilər müşahidə olunduğu halda axşam saatlarından başlayaraq külək əsib. 

Küləyin sürəti bölgə rayonlarında saniyədə 16-22 metr arasında dəyişib. Temperatur gecə saatlarında 5-8 dərəcəyə kimi düşüb. Küləkli hava yağmurla əvəzlənib. Hazırda bölgənin əksər ərazilərində yağış yağır. 

Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Zaqatalanın Cımcımax və Qarqay, Qaxın Sarıbaş və İlisu, Şəkinin Şin, Oğuzun Baş Kəldək kəndlərinin dağlıq ərazilərinə qar düşüb. Digər yaşayış məntəqələrində isə külək yağışla əvəzlənib və belə hava şəraitinin sabah da gün ərzində davam edəcəyi gözlənilir. Bölgə rayonlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar heç bir fəsad qeydə alınmayıb. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO