Aygün Bəylərin nəşi Bakıya nə vaxt gətiriləcək? - VİDEO

Aygün Bəylərin nəşi Bakıya nə vaxt gətiriləcək? - VİDEO

Hazırda oxunan: Aygün Bəylərin nəşi Bakıya nə vaxt gətiriləcək? - VİDEO

172328

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-yə Əməkdar artistin yaxınları bildiriblər.

Onlar qeyd ediblər ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.

“Sənədləşmə işləri həll olunan kimi Əməkdar artistin nəşi Türkiyəyə göndərilən xüsusi təyyarə ilə Bakıya yola düşəcək”.  
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) bu gecə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO