Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası - VİDEO

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası - VİDEO

172281

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalının, Vedi (Ararat) rayonunun Xalisa kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə Xalisa kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqtisadi, mədəni həyatı, atət-ənənələri və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Xalisa İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Adı Qafqazın beş verstlik xəritəsində qeyd edilib. Toponimi “dövlət torpağı, dövlətə məxsus olan yer” mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlib.
Qeyd olunub ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıblar:

“1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə, qırğınlarla qovulub. İran və Türkiyədən köçürülən ermənilər bu kəndə də yerləşdiriliblər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıdıblar.

Nəhayət, 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunublar. İndi burada yalnız ermənilər yaşayırlar.

Süjetdə həmçinin 1988-ci il noyabrın 30-da Vedibasarın Xalisa kəndində ermənilərin ağlasığmaz qeyri-insani davranışlarından, talanlarından, dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqlar və amansızlıqlarından bəhs olunur.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO