Dövlət Turizm Agentliyi tenderlə 3 ton ərik arağı alması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Agentlik bu bununla bağlı məlumatı təkzib edib:
“Bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimi təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub. Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”.
Dövlət Turizm Agentliyi media nümayəndələridən istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş edib.
Bizim.Media