Xalq artistindən SƏRT TƏNQİD – “Efirdə soyunanlar ən ağır cəzanı almalıdır”

Xalq artistindən SƏRT TƏNQİD – “Efirdə soyunanlar ən ağır cəzanı almalıdır”

Hazırda oxunan: Xalq artistindən SƏRT TƏNQİD – “Efirdə soyunanlar ən ağır cəzanı almalıdır”

172184

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek və daha bir neçə qadın açıq-saçıq paylaşımlarına görə məsuliyyətə cəlb olunub. 

Qardaş ölkənin atdığı addım Azərbaycanda da rəğbətlə qarşılanıb. Heç təsadüfi deyil ki, son illər bizim də “sosial media fenomenləri”, “modellər” və “müğənnilər” sosial şəbəkələrdə davamlı olaraq lüt şəkillərini paylaşır, efirlərə yarıçılpaq şəkildə çıxırlar. Belə hallar hər zaman qınaqla qarşılansa da nəticə çıxaran yoxdur, Afaq Aslan, Səmra Hüseynova kimilər yenə də gündəmə ancaq soyunmaqları ilə gəlirlər.

Bəs, belələrinə qarşı bizdə hansı tədbirlər görülməlidir?

Sualın cavabı üçün Xalq artisti Əbdül Mahmudovla həmsöhbət olduq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün bəlalarımızın səbəbi laqeyidliyimizdir:

“Ətrafımızda baş verənlərə çox biganə olmuşuq. Bundan istifadə edən pul hərisləri də minbir oyundan çıxırlar. Çox təəssüf ki, çoxlarımız cəmiyyətdə baş verən neqativ proseslərə çox biganə yanaşırıq. Bəzənsə həmin biabırçılıq trendinə qoşuluruq. Nədi-nədi populyar olacağıq, pul qazanacağıq. 

Problemin digər səbəbi televiziyalardır. Bizim televiziyalar iki şeyə xidmət edir. Birincisi, lüt qadınları və saqqalı gədələri təbliğ edirlər. İkincisi də şou əhli istehsal edirlər. Mənim kimi neçə Xalq artisti var ki, aylarla efirlərdə görünmür. Amma baxırsan ki, televiziyalar dünənki uşağa 2 saat efir verir. Savadı, sənəti olmayanlar da 2 saatda nə etməlidir ki?! Təbii ki, orasını-bursını göstərməlidir. Gündə efirə bir lüt qadın çıxardırlar. Adına da model deyirlər. Soruşan yoxdur ki, bu hansı dəfilə gecəsidir? Kim bunları model seçib?!”.

Xalq artisti problemin həlli üçün özünün təklifini də söylədi:

“Mən qardaş Türkiyədə atılan addımı alqışlayıram. Bizdə də efirlərdə soyunanları, pornoqrafik şəkillərini sosial şəbəkələrdə paylaşılanları ən ağır şəkildə cəzalandırmaq lazımdır. Çünki, Afaq Aslan, Səmra Hüseynova kimilər tanıdığımız düşməndən daha qorxuludur. Onlar bizi içimizdən yeyib, məhv edir. Belələrinə qarşı ən qısa zamanda sərt tədbirlər görülməlidir. Sonra gec olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO