Səudiyyədən qalmaqalla bağlı ilk açıqlama

Səudiyyədən qalmaqalla bağlı ilk açıqlama

Hazırda oxunan: Səudiyyədən qalmaqalla bağlı ilk açıqlama

171442

Türkiyə Superkuboku matçının təşkilatçılarından olan Riyad Seson "Qalatasaray" və "Fənərbaxça" ötən gün Səudiyyə Ərəbistanında keçirilməli olan oyunun təxirə salınması haqda danışıb.

Bizim.Media xəbər verir ki, dünən komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. 

Lakin yerli hökumət buna qarşı olub.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib. 

R.Seson baş verənlərlə bağlı deyib: “Matçın kənar şüarlar olmadan beynəlxalq futbol qaydalarına uyğun olaraq vaxtında keçirilməsini səbirsizliklə gözləyirdik. Stadionda və tribunalarda Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, Türkiyə bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Bu razılaşmaya baxmayaraq, iki komandanın bunlara əməl etməməsi bizi təəssüfləndirdi. Bu da matçın keçirilməməsinə səbəb oldu”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO