XİN: Qəzzadan 12 soydaşımız ölkəyə gətirilib

XİN: Qəzzadan 12 soydaşımız ölkəyə gətirilib

Hazırda oxunan: XİN: Qəzzadan 12 soydaşımız ölkəyə gətirilib

171192

Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunublar. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb.
İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda, İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO