Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı qonşular İTV-yə bildiriblər ki, oxşar hadisə artıq bir neçə dəfə təkrarlanıb.
İddialara görə, 17 yaşlı gənc tufeyli həyat tərzi sürüb. Bu səbəbdən də ögey atası ilə aralarında dəfələrlə münaqişə yaşanıb.
Zərərçəkənin bacısı E.Xəliovun övladları ilə mehriban davrandığını bildirib. O əlavə edib ki, 17 yaşlı qız nişanlı olsa da, 15 yaşında qoşulub qaçıb:
“Qardaşım mənə görə onu evdə saxlamışdı. Onun bir çox pis əməlləri olub. Mən hamısını danışmaq istəmirəm”.
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 27.12.2023
Bakıda 17 yaşlı qız ögey atasını niyə bıçaqlayıb? – TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Bakıda 17 yaşlı qız ögey atasını niyə bıçaqlayıb? – TƏFƏRRÜAT/VİDEO
Hazırda oxunan: Bakıda 17 yaşlı qız ögey atasını niyə bıçaqlayıb? – TƏFƏRRÜAT/VİDEO
170973
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.