Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınır - TƏBİB APARACAQ 

Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınır - TƏBİB APARACAQ 

Hazırda oxunan: Səhiyyə Nazirliyinin bəzi səlahiyyətləri əlindən alınır - TƏBİB APARACAQ 

17097

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Qanuna edilən dəyişikliyə görə, TƏBİB-ə daha bir səlahiyyət də verilir.

Belə ki, müalicə müəssisələri tərəfindən qanın, qan  komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – TƏBİB-ə məlumat verilməməsinə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli  manatadək məbləğdə cərimə ediləcək.

Əvvəllər bu məlumatlar Səhiyyə Nazirliyinə təqdim edilməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO