Bakıda ilk dəfə kiber triathlon yarışı keçirilib - FOTO 

Bakıda ilk dəfə kiber triathlon yarışı keçirilib - FOTO 

Hazırda oxunan: Bakıda ilk dəfə kiber triathlon yarışı keçirilib - FOTO 

170757

Bakıda “CYBERWinD Olympic Series” adlı ilk kiber triatlon yarışı baş tutub.  

Bizim.Media xəbər verir ki, turnirdə “Triterra”, “Metak”, “Tristar” və “World Class Azerbaijan” klublarının təmsilçiləri olan 17 idmançı iştirak edib. 

Reqlamentə əsasən atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər.

Finişə birinci Teymur Fərəcov (“Triterra” klubu) çatıb. Elçin Əliyev (“Tristar”) ikinci, Zaur Arkania (“Triterra”) üçüncü olub.
Kiber triatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilib.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO