Güclü külək Cəlilabadda insanları təşvişə saldı - FOTO/VİDEO

Güclü külək Cəlilabadda insanları təşvişə saldı - FOTO/VİDEO

Hazırda oxunan: Güclü külək Cəlilabadda insanları təşvişə saldı - FOTO/VİDEO

170531

Dünən axşam saatlarından etibarən əsən güclü külək Cəlilabadda bir sıra fəsadlar törədib. Külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

“Azərişığ”ın yerli şöbəsindən Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, rayonun 35-10 kv yarımstansiyasından bir neçə yaşayış məntəqəsinə çıxan 10 kv hava xətləri qırılıb.

Və nəticədə rayonun bəzi məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb. Bundan başqa rayonda  külən elektrik dirəklərini, çəpərləri və ağacları aşırıb.

Güclü külək insanların təşvişə düşməsinə səbəb olub. Belə ki, son bir neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına çoxlu çağırış olub. Bu da əvvəlki normal çağırışlardan təxminən iki dəfə çoxdur.
Hazırda elektrik enerjisinin verilişi bərpa olunub, rayonda küləyin fəsadları aradan qaldırırlır.
 









Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO