“Ermənilər Serj Sarkisyanın dövründən Novruz adətlərimizi oğurlayıblar” - ERMƏNİŞÜNAS ALİM - VİDEO

“Ermənilər Serj Sarkisyanın dövründən Novruz adətlərimizi oğurlayıblar” - ERMƏNİŞÜNAS ALİM - VİDEO

Hazırda oxunan: “Ermənilər Serj Sarkisyanın dövründən Novruz adətlərimizi oğurlayıblar” - ERMƏNİŞÜNAS ALİM - VİDEO

16979

“Ermənilər 6-7 il olar ki, bizim Novruz bayramının atributu olan səmənidən istifadə edirlər”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında BDU-nun Ermənistanşünaslıq Mərkəzinin rəhbəri, tanınmış tədqiqatçı-alim İsmayıl Tanrıverdiyev deyib.

Onun sözlərinə görə, ermənilər bizim milli bahar bayramı atributlarını Serj Sarkisyanın vaxtından istifadə etməyə başlayıblar:

“Eyni zamanda yumurta döyüşməsi adətimizi də bizdən oğurlayıblar. Serj Sarkisyan bahar bayramlarının birində erməni keşişi ilə yumurta döyüşdürmüşdü. Həmin fotonu sosial şəbəkələrdə paylaşmışdım.

O görüntü ciddi bir ajiotaj doğurdu. Lakin respublika üzrə ona heç bir reaksiya verilmədi. Biz yumoristik roliklər çəkib onların bu oğurluğunun əleyhinə gedə bilərdik.

Həmişə nədənsə onların bizdən oğurladıqlarına  laqeyd yanaşmışıq. O zamandan irad və etirazlarımızı bildirsəydik, onlar daha çox oğurluq etməzdilər. Hər il bahar bayramlarında bizə aid nəyisə oğurlayırlar. Ermənilər yumurta bəzəyirdilər. Amma yumurta döyüşməsi onlarda yox idi. Ocaq üstündən atlanmaq kimi ənənəmizə də sahib çıxıblar”.

Xatırladaq ki, erməni mətbuatında  "ZATİK" bayramı (uğur böcəyi)  qeyd olunması ilə bağlı xəbərlər dərc olunub.

Bayramlarında süfrələrinə səməni, boyanmış yumurta düzüblər. Eyni zamanda yumurta döyüşməsi, ocaq üstündən tullanılması kimi adətlərimizi də bizdən oğurlayaraq bayramlarında icra ediblər.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO