EHTİYATLI OLUN: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb - FOTO

EHTİYATLI OLUN: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb - FOTO

Hazırda oxunan: EHTİYATLI OLUN: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb - FOTO

168676

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunub.

Bizim.Media Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki,  kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilib: 

"Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər".

"Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO