“Beşiktaş” “Kasımpaşa”ya uduzdu – Liderliyini saxladı

“Beşiktaş” “Kasımpaşa”ya uduzdu – Liderliyini saxladı

Hazırda oxunan: “Beşiktaş” “Kasımpaşa”ya uduzdu – Liderliyini saxladı

16820

Aprelin 4-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər.

Oyunda vurulan yeganə qolun müəllifi Aytac Kara olub. Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Ərzurumspor” - "Konyaspor" - 1:2;

"Alanyaspor" - "Gənclərbirliyi" - 1:2;

"Ankaragücü" - "Antalyaspor" - 1:0;

"Başakşəhər" - "Yeni Malatyaspor" - 3:1.

Tura aprelin 5-də keçiriləcək "Fənərbağça" - "Dənizlispor" matçı ilə yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO