Alla Puqaçovanın üzü əyilib? - Həkimdən bədbin proqnoz

Alla Puqaçovanın üzü əyilib? - Həkimdən bədbin proqnoz

Hazırda oxunan: Alla Puqaçovanın üzü əyilib? - Həkimdən bədbin proqnoz

168022

Rusiyanın Xalq artist Alla Puqaçovanın səhhəti ilə bağlı problemlərin yarandığı xəbərləri yayılıb. 

Bizim.Media rusiya mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı sənətkarın  yeriməyində çətinlik yaranıb, arıqlayıb və heç də yaxşı görünmür.  

Allanın sonuncu dəfə üzündə keçirdiyi “üz gərmə” plastik rekonstruktiv əməliyyatında iştirak edən tibb bacıları sosial şəbəkədə yayılan xəbərlər fonunda Puqaçovanın cərrahi müdaxilədən sonra ağırlaşmaları olub.  

Onlar onun toxumalarının yaxşı sağalmadığını yazıblar. 

Cərrah Mədinə Bayramukova Puqaçova ilə bağlı məyusedici qərar çıxarıb. O, ümumi anesteziyanın sənətçinin vəziyyətinə mənfi təsir etdiyini qeyd edib: 

“Alla Borisovna indi çox pis görünür. Onun üz cizgiləri çox deformasiyaya uğrayıb. Bu, onun keçirdiyi “üz gərmə” əməliyyatının nəticəsidir”. 

Onun sözlərinə görə, Alla bir çox göstəricilərə görə, risk altındadır. Birincisi, onun ciddi xroniki xəstəlikləri var. İkincisi, yaşının çox olması. Üçüncüsü isə keçirdiyi çoxsaylı əməliyyatlar.  

“Hər bir cərrahi müdaxilə həm qan dövranına, həm də toxumanın bərpaedici qabiliyyətinə təsir edir. Ola bilsin ki, onun vəziyyəti anesteziyaya görə pisləşib”, - deyə həkim bildirib. 

Bundan başqa Mədinə Bayramukova Xalq artistinə stressi minimuma endirməyi və səyahət etməməyi tövsiyə edib, əks halda vəziyyət daha da pisləşəcək. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb. İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.   

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO