Xuraman Əlizadə: “Deyirlər ki, artıq çəkilisən deyə, ərinin xəyanətini bağışlayırsan” - VİDEO

Xuraman Əlizadə: “Deyirlər ki, artıq çəkilisən deyə, ərinin xəyanətini bağışlayırsan” - VİDEO

Hazırda oxunan: Xuraman Əlizadə: “Deyirlər ki, artıq çəkilisən deyə, ərinin xəyanətini bağışlayırsan” - VİDEO

167313

“Bu həyatdır... Həyatda da ər-arvad arasında xəyanət ola bilər. Ərimin xəyanətini gözümlə görməmişəm. Elə bir şeylər yaşamamışam. Bilirəm ki, kişilərin çoxusu xəyanət edir. Eləsin də xəyanət...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər verilişində deyib. 

Sənətçi bir müddət əvvəl “Ərim mənə xəyanət edib” sözlərinə aydınlıq gətirib. Xuraman bildirib ki, kişilərin əksəriyyəti qadınlarına xəyanət edir: 

“Həyat yoldaşımın nə telefonuna əl vururam, nə ona görüntülü zəng vururam, nə ona zəng vurub “haradasan?” deyə sual vermərəm. Əgər bu insanın ürəyində xəyanət etmək varsa, o, bunu edəcək. İndi bu sözlərimdən sonra sosial şəbəkədə yazacaqlar ki, artıq çəkilisən və acizsən deyə, ona görə belə sözlər söyləyirsən. Xeyr! Ən gözəl qadının da əri ona xəyanət edə bilər. Mən bunu deyirəm, üstündə də dururam. Nə deyirsinizsə deyin, nə istəyirsinizsə də yazın.

Bu mənim ürəyimdən gələn sözlərdir. Bir xəyanətə görə, heç zaman ailəmi dağıtmaram. Niyə dağıdım ki? Kişinin adı kişi, qadının isə adı qadındır... Ərimin telefonunu bəzi qadınlar kimi güdmürəm”. 
Qeyd edək ki, Xuraman Əlizadə iki dəfə ailə həyatı qurub. Onun ikinci evliliyindən bir oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO