Hindistan hökuməti havanın çirkləndirilməsinə qarşı mübarizə aparmaq üçün süni yağışın tətbiqi imkanlarını nəzərdən keçirir.
Bizim.Media “The Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hər hansı ovsunlamaya üz tutmayaraq, bulud “səpmək” niyyətindədirlər.
Bu elmi üsul yağış şəklində kondensasiyanı əmələ gətirmək üçün buludlarda natrium yodid və ya duzun tozlandırılmasını nəzərdə tutur. Duzlu qarışığın ölkə paytaxtı üzərində tozlandırılmasına Kanpurdakı Hindistan Texnologiya İnstitutunun alimləri kömək edəcək.
Buludların “səpilməsi” onların son ümididir. Bununla yanaşı, bu üsulun effektivliyi hələ də müəyyən olunmayıb.
Bu texnikanın dəyəri onun tətbiqi ilə bağlı şübhələr qədər yüksəkdir.
Dəqiq qiymət açıqlanmır, lakin Hindistanın bəzi digər KİV-ləri 100 kvadrat kilometr sahə üçün 10 milyon rupi (təxminən 120 min dollar) sərf olunacağını yazırlar.
Hindistan havanın çirkləndirilməsinə qarşı mübarizəyə böyük vəsait sərf edən ilk ölkə deyil.
Çin hava şəraitinin dəyişdirilməsi cəhdlərinə müntəzəm olaraq milyardlarla dollar ayırır. 1958-ci ildən bəri bu Asiya nəhəngi şəhərlərdə və kənd yerlərində su təchizatını yaxşılaşdırmağa çalışır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:32 / 02.12.2023
Hindistan hava çirklənməsinə qarşı mübarizə üçün süni yağışlar YAĞDIRACAQ
Hazırda oxunan: Hindistan hava çirklənməsinə qarşı mübarizə üçün süni yağışlar YAĞDIRACAQ
Hazırda oxunan: Hindistan hava çirklənməsinə qarşı mübarizə üçün süni yağışlar YAĞDIRACAQ
167087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.