Qaradağda 4-cü sinif şagirdinin ölüm səbəbi bu İMİŞ – “Nənəsi...” – ÖZƏL  

Qaradağda 4-cü sinif şagirdinin ölüm səbəbi bu İMİŞ – “Nənəsi...” – ÖZƏL  

Hazırda oxunan: Qaradağda 4-cü sinif şagirdinin ölüm səbəbi bu İMİŞ – “Nənəsi...” – ÖZƏL  

166987

Xəbər verildiyi kimi, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi Renatın qızılcadan vəfat etdiyi barədə məlumat yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda 9 yaşlı uşağın ölüm faktı təsdiqlənsə də, ölüm səbəbinin tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyən ediləcəyi qeyd edilib. 

Məktəbin direktoru Laçın Hüseynli isə sosial şəbəkə vasitəsilə şagirdin qızılcadan öldüyünü yazıb. 

Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib.

Qaradağ rayon icra hakimiyyətinin Qobustan qəsəbə İƏD üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Nərgiz Əmrəliyeva Bizim.Media-ya uşağın ölümünə səbəb olacaq detalları açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

 Azərbaycanda məktəbli qızılcadan öldü


Nümayəndəlik rəsmisi uşağın ölümünə həkim nəzarətindən kənar tibbi müdaxilənin səbəb olduğunu deyib:

“Uşaq qızılcalı olub, məktəbə getmirmiş. Evdə hərarəti qalxıb, nənəsi dərman verib, ondan sonra uşağın halı qarışıb. Amma hansı dərman verdiyini bilmirəm. Həkimlərin xəbəri olmayıb, əslində, gərək sahə həkiminə zəng vuraydılar, kimsə gəlib baxaydı. Elə bundan sonra da dünyasını dəyişib”.

O, uşağın anası və nənəsi ilə birgə yaşadığını qeyd edib:

“Uşağın atası ilə anası rəsmi boşanıblar, ata rayon adamıdır, ana uşağı götürüb gəlib valideynləri ilə yaşayır. Qəsəbə adamıdı, çox zəhmətkeş, abırlı-həyalı, qeyrətli bir gəlindi, alın təri ilə o uşağı böyüdürdü”.

Uşağın lazımi yaşlarında peyvənd olunub olunmamasına gəldikdə isə qurum rəsmisi bunları deyib:

“Onlar qəsəbədə qeydiyyatsız yaşayırlar. Vətəndaş qeydiyyatsızdırsa, biz ona bununla bağlı arayış veririk ki, poliklinikada kart açaraq müayinə və müalicə oluna bilsin”.

Ərazidə yerləşən uşaq poliklinikası ilə əlaqə saxladıq, lakin onlar vəfat edən uşağa aid tibbi məlumatların Bakı Baş Səhiyyə İdarəsinə verildiyini deyərək, əlavə heç bir məlumat vermədilər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO